Yazını böyüt
Yazını kiçilt
Rusiyanı tərk edən beynəlxalq şirkətlər 200 min nəfər ölkə vətəndaşını işlə təmin edirdi.
Hafta.az-ın məlumatına görə, bununla bağlı Forbes jurnalında məqalə dərc edilib.
Jurnalın yazdığına görə, təkcə McDonalds şəbəkəsində 62 min nəfər çalışırdı. Pepsinin təkcə moskvaətrafı zavodunda 8000 nəfər daimi işlə təmin edilmişdi. Ümumi Rusiya üzrə bu şirkət 19 000 nəfəri işlədirdi. KFC şirkətinin getməsi ilə 14 mindən çox insan iş yerini itirib.
Bundan başqa, avtomobil sektorunda da xarici şirkətlər çox sayda yeni iş yeri yaratmışdılar.